BetonX - Avtomatlaşdırılmış beton istehsal idarəetmə sistemi

  • BetonX beton istehsalının tam avtomatik, yarım avtomatik və əl rejimi (manuel) olmaqla, 3 ayrı idarəetmə növünü özündə birləşdirən PLC, SCADA sistemindən ibarətdir.

  • İstifadəsi olduqca asan olduğu üçün, kompüter biliyi olan istənilən şəxs tərəfindən tez bir zamanda öyrənilə bilər.

  • İstehsal prosesi zamanı sistemde baş veren xətalar, xəta baş vərən anda ekranda məlumat xarakterli görünür. Xətalar aradan qaldırıldıqdan sonra, məlumat mesajı ekrandan silinir. Baş verən bütün xətaların qeydə alınması, iş prosesindən sonra istifadəçi və nəzarətçi tərəfindən asanlıqla təhlil edilə bilir.

  • Sistem dolum, boşaltma, qarışdırıcı olaraq 3 təməl hissə olaraq ayrılmış, hər biri ayrılıqda avtomatik-manuel olaraq idarə edilə bilir.

  • Sistem avtomatik idarəetmə zamanı materialın nəmliyinə və qarışdırıcıdakı qatışığın su nisbətinə görə özbaşına qərar verə bilir, resept dəyərindəki suyun miqadarını artıra və ya azalda bilir.

  • Sistem anbara daxil edilmiş, istehsal zamanı sərf edilmiş materialların hesabatını, çap formasında və istənilən rapor tipində təqdim edilməsini təmin edir.

  • Resept, müştəri, istehsal sahəsi, avtomobil, sürücü səhifələrindən ibarət olan proqram təminatında,daxil ediləbiləcək məlumatların hər hansı limiti yoxdur. İstənilən sayda məlumat daxil edilməsi mümkündür.

  • Nəmli və yapışa bilən materialların axışını tənzimləmək üçün, işləmə zamanı operator tərəfindən ayarlana bilən, vibrator və hava üfürmə qurğularından istifadə edilə bilər.

  • Qum, çınqıl bunker qapaqları yavaş və sürətli olmaq üzrə 2 fərqli rejimdə açıla bilir,bu da öz növbəsində həssas ölçü almağa əsas verir.

  • Beton istehsalı zamanı,istehsal qurğusunun bəzi parametrlərinin resept səhifəsindən daxil edilə bilməsi, əsas parametrləri dəyişmədən hər reseptin özünəməxsus parametrdə istehsalına şərait yaradır.

  • Enerji kəsildiyi anda istehsal prosesi həmin anda olduğu kimi gözləmə rejiminə keçir, elektrik bərpa olduğu zaman qaldığı yerdən davam edir.

  • Bütün istifadəçilərin ayrı daxilolma hesabları üzrə, bütün hərəkət məlumatları ayrılıqda qeydə alınır.

  • İnternet üzərindən xüsusi proqram təminatı vasitəsilə uzaqdan bağlanmaqla,xətalar ve problemlər uzaq məsafədən həll edilə bilir.

  • Bütün manuel istehsal əməliyyatlarında tarix, saat, ekan göstəricisi kimi dəyərlər qeydə alınır. Həmçinin istehsal prosesi yarıda dayandırıldığı zaman o ana qədər istehsal üçün sərf edilmiş bütün material anbar qalığından çıxaraq, istehsala sərf edilmiş material kimi bazaya qeyd edilir.

  • Proqram standart olaraq 2 agrega, 1 sement, 1 su, 1 qatqi tərəzisi, 8 agrega bunkeri, 4 sement silosu, 2 su, 2 qatqı növlü materialları eyni anda idarə edə bilir.Ehtiyac yaranacağı təqdirdə, proqrama xüsusi dəyişiklik edilərək, saylar artırıla bilər.